Yüzlərlə müəllim təltif edildi -ƏMR

Kateqoriya məlum deyil
T
Azərbaycanda yüzlərlə müəllim təltif edilib.
Sfera.az xəbər verir ki, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.
Əmrə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə 134 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 301 nəfər isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı” ilə təltif olunub.






