Logo

"Bu, pilot layihədir, gələn il hamı istifadə edəcək" - Ekspert

"Bu, pilot layihədir, gələn il hamı istifadə edəcək" - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda 2025-ci ilin oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlanılıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.

Nazir qeyd edib ki, prioritet olaraq şəhərin mərkəzində yerləşən məktəbləri və daha çox təsir göstərə biləcək məktəbləri cəlb etməyə çalışırıq.

"Layihə pilot səviyyəsindədir və məqsəd uşaqların məktəbə təhlükəsiz və rahat daşınmasını təmin etməkdir", - deyən nazir vurğulayıb ki, layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bunun olması elmə, təhsilə verilən dəyərin göstəricisidir və bunun üçün mütləq xüsusi parklar yaradılmalıdır:

"Bu, pilot layihədir, gələn il hamı istifadə edəcək" - Ekspert

“İctimai nəqliyyatın bir növü olan məktəb avtobuslarının fəaliyyət göstərməsi ümumi olaraq elmə, təhsilə verilən bir önəm olacaq. Xüsusi olaraq, vurğulayım ki, parklar yaradılmalıdır. Elə məktəblər var ki, şəhərdən kənarda yerləşir. Bakı ətrafı qəsəbələrdə həyət evləri üstünlük təşkil edir. Həyət evlərində qalan şagirdlərin məktəbə gediş-gəlişi vətəndaşların öz üzərinə düşür”.

Ekspert güzəştlərin bu ilə nəzərdə tutulmadığını açıqlayıb:

“Güzəştlərin tətbiq olunması gələn ilin axırlarına nəzərdə tutulur. Pilot layihələr olsa da, kütləviləşmə gələn il olacaq. Gələn ildən tez olması mümkün görünmür”.

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR