BDU-da yeni tələbə təqaüdü təsis edildi

Kateqoriya məlum deyil
T
Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin bakalavriat və magistratura səviyyələrinin tələbələri üçün “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdü təsis olunub.
Sfera.az xəbər verir ki, BDU-dan bildirilib ki, bu barədə qərar Elmi şuranın 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul edilib.
Təqaüdün Kimya fakültəsinin bakalavriat və magistratura təhsil səviyyələrinin I kursunu bitirmiş və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ən yüksək olan 2 tələbəsinə (1 bakalavr və 1 magistrant ) verilməsi nəzərdə tutulur.







