"Hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəifdir" -RƏSMİ

Kateqoriya məlum deyil
T
400 məktəbdə 17 min 300 dərsdinləmə aparılıb.
Sfera.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” adlı tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev deyib.
O bildirib ki, dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub. Dərslərin 30%-i kafi və ya yaxşı qiymətləndirilib. Zəif qiymətləndirilən dərslər arasında ən yüksək faizli fənn 85 faizlə ingilis dilidir.
Həmçinin, hər 10 dərsdən təxminən 3-də müəllimlər vaxt və resurslardan səmərğli istifadə edir.
E.Əliyev qeyd edib ki, müəllimlərdə qarşıda hələ görüləcək çox iş var. Monitorinqlər davam etdiriləcək.
Firuzə Əliyeva
Sfera.az






