2025-ci il beynəlxalq olimpiadalarda şagirdlərimiz 50 medal qazanıb

"2024-2025-ci tədris ilində Respublika fənn müsabiqələrində iştirak edən şagirdlərin sayı 63 minə, fənn olimpiadalarında iştirak edənlərin sayı isə 83 minə yaxın olub".
Sfera.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” adlı tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
E.Bağırov qeyd edib ki, bu əvvəlki tədris ili ilə müqayisədə müvafiq olaraq 46% və 45% artım deməkdir:
"Lütfi Zadə adına riyaziyyat-monitorinq olimpiadasında isə 31 mindən çox şagird iştirak edib ki, bu da ötən illə müqayisədə 48% artım göstərir. 2025-ci il üzrə beynəlxalq olimpiadalarda Azərbaycan şagirdləri ümumilikdə 50 medal- 5 qızıl, 14 gümüş və 31 bürünc medal qazanıblar. Bu göstəricilər intellektual inkişaf və beynəlxalq uğurların artdığını əks etdirir".
Firuzə Əliyeva
Sfera.az






