Bakı məktəblərində kağız jurnallar tarixə qovuşur - RƏSMİ

Kateqoriya məlum deyil
T
“Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək, bütün proseslər yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq”.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən media brifinqində deyib.
Nazir qeyd edib ki, platforma Bakı şəhəri üzrə 353 məktəb, o cümlədən, 500 mindən çox şagird və 30 mindən çox işçi heyətini əhatə edəcək.
E.Əmrullayev vurğulayıb ki, platformada valideynlər qiymətləndirmə də edə biləcəklər. Bunun üçün xüsusi meyarlar nəzərdə tutulub.
Firuzə Əliyeva
Sfera.az






