"Müəllimlərin maaşı uşaqlara görə artırılır"

Kateqoriya məlum deyil
T
Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfəyədək artıb
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən media brifinqində deyib.
Nazir qeyd edib ki, 2014-cü ildə bu rəqəm 267 idisə, 2025-ci ildə bu rəqəm 965-ə yüksəlib.
"Müəllimin əməkhaqqı uşaqların daha yaxşı öyrənməsi üçün artırılır. Təhsilin mahiyyəti budur. Əgər uşaqlar öyrənmirsə, deməli, burada bir problem var",-nazir əlavə edib.
Firuzə Əliyeva
Sfera.az






