Rezidenturaya qəbul olunanların nəzərinə

Rezidenturaya qəbul olunanların nəzərinə
Kateqoriya məlum deyil
T

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

 

Bu barədə Sfera.az-a Elm və təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, namizədlər //portal.edu.az/ saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

 

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

 

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR