Paytaxtda 1-ci sinfə qəbul davam edir - Sorğuların sayı artıb

Paytaxtda 1-ci sinfə qəbul davam edir - Sorğuların sayı artıb
Kateqoriya məlum deyil
T

2025-2026-cı tədris ili üzrə paytaxt məktəblərinin birinci sinfinə qəbul prosesi davam edir.


Sfera.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, avqustun 28-nə olan statistikaya əsasən, saat 11:00-a qədər elektron sistem vasitəsilə 38 814 uşaq üçün sorğu yerləşdirilib.

 

Qeydiyyat prosesi sentyabrın 12-dək davam edəcək.


Rəsmi açıqlamaya görə, valideynlər övladlarını “www.mektebeqebul.edu.az” portalı vasitəsilə birinci sinfə qeydiyyatdan keçirə bilərlər. Lakin internet resurslarına çıxış imkanı olmayan və ya elektron qeydiyyatdan istifadə etməkdə çətinlik çəkən vətəndaşlar üçün alternativ imkanlar yaradılıb.


Belə ki, valideynlər aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzlərinə, həmçinin 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər. Alternativ mərkəzlər həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər vətəndaşlara xidmət göstərir.


Qeyd olunur ki, valideynin alternativ qeydiyyat mərkəzinə müraciət zamanı övladını özü ilə aparmasına ehtiyac yoxdur. Bundan başqa, digər suallarla bağlı valideynlər şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə müraciət edə və ya göstərilən "WhatsApp" nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər: 


070-996-76-63
070-996-36-62
070-996-46-68


İdarə bir daha xatırladır ki, elektron qeydiyyat prosesi sentyabrın 12-nə qədər açıq olacaq.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR