Bağçalara görə növbəyə yazılma dayandırılır

Kateqoriya məlum deyil
T
Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi ilə bağlı növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılacaq.
Sfera.az xəbər verir ki, barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, komplektləşdirmə prosesi 1–15 sentyabr tarixlərini əhatə edəcək. Bu müddət başa çatdıqdan sonra uşaqların məktəbəqədər təhsil müəssisələrinə boş yerlərə qəbulu il boyu davam etdiriləcək.
Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “bq.edu.az” portalı vasitəsilə elektron formada həyata keçirilir.
Bəsti Rəfizadə
Sfera.az






