Rezidenturaya qəbul imtahanı keçirildi - Nəticələr yaxın 3 gün ərzində...

Rezidenturaya qəbul imtahanı keçirildi - <span style="color:#ff0000">Nəticələr yaxın 3 gün ərzində...</span>
Kateqoriya məlum deyil10.08.25, 11:1511 👁️
T

DİM avqustun 10-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
 

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a bildirilib ki, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.


Məlumat üçün bildiririk ki, imtahanda iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Bakıda 879, Naxçıvan isə 26 namizədin imtahan verəcəyi gözlənilirdi.
 

Avqustun 11-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

PAYLAŞ
Sehliyali
Yüklənir...