Qabiliyyət imtahanı üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçdi

Qabiliyyət imtahanı üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçdi
Kateqoriya məlum deyil
T

Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.

 

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İmtahanlar iyunun 20-də başlanıb və avqustun 11-də yekunlaşacaq.

 

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat Mərkəzin saytında yerləşdirilib.

 

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR