Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış

Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış

Övladlarınızı vaxtında məktəbə göndərin. Azərbaycanda ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec başlaması təhsil hüququnun gec həyata keçirilməsinə səbəb ola bilər və bu da onun inkişafına mənfi təsir göstərə bilər.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinqdə bildirib.

 

O qeyd edib ki, 8 yaşını tamamlayan uşaqlar artıq ümumi siniflərdə deyil, fərdi təhsil formasında təhsil alırlar:

 

“Bu isə onların sosiallaşma imkanlarından, birlikdə öyrənmə mühitindən və məktəb mühitinin əsas üstünlüklərindən məhrum olmasına gətirib çıxara bilər. Fərdi təhsil yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində müəyyən yaş çərçivəsində təşkil olunur və həftədə 4 gün keçirilir. Bu formaya əsasən ibtidai təhsildə fərdi təhsilə 9-15 yaşlı uşaqlar cəlb olunur. Ümumi orta təhsil səviyyəsində isə VIII sinfi bitirmiş şagirdlər eksternat qaydasında imtahan verərək attestat ala bilərlər. Uşaqların təhsilə vaxtında başlaması onların intellektual, sosial və emosional inkişafı üçün olduqca əhəmiyyətlidir. Erkən başlayan təhsil daha səmərəli nəticələr verir", - deyə o söyləyib.


OXŞAR XƏBƏRLƏR

FHN isti hava ilə əlaqədar əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə bildirilib: ...

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb...

"Temu" manatın əksi olan dəsmalları satışa çıxardı - FOTO

Çinə məxsus beynəlxalq elektron ticarət şəbəkəsi "Temu" Azərbaycan manatı formasında dəsmalların Satışına başlayıb.   Sfera.az Teleqraf-a i...

Rusiyada hakimiyyət dəyişməlidir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb.   Sfera.az APA-ya isinadən xəbər verir ki, Z...

Zəkanın formalaşmasında anaların rolu daha güclüdür - ARAŞDIRMA

Alimlər insan intellekti ilə bağlı genlərin böyük hissəsinin X xromosomundan gəldiyini düşünürlər. Qadınlar iki X xromosomu daşıdıqları üçün analar bu genləri ö...

Instaqramda tanıdı, indi evlənir - Yeni evlilik trendi

İllər keçdikcə texnologiyanın inkişafı ilə yanaşı, düşüncə tərzi və mental dəyərlər də dəyişir. Bu dəyişikliklər insanların tanışlıq və evlilik standartlarına d...