Tələbənin sosial kredit alması üçün bal tələbi var? - RƏSMİ

Tələbənin sosial kredit alması üçün bal tələbi var? - RƏSMİ

Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin sənəd qəbulu prosesinə start verilib.

 

2025-2026-cı tədris ilinin payız semestri üzrə Təhsil Tələbə Krediti Fonduna (TTKF) müraciət dövrü 24 iyul tarixindən etibarən //e-ttkf.edu.az/ portalında açıq elan olunub.

 

Tələbələr qeyd olunan tarixdən başlayaraq e-ttkf.edu.az portalına daxil olmaqla TTKF xidmətlərindən yararlana bilərlər.

 

Magistratura səviyyəsinə qəbul olan tələbələr üçün təhsil tələbə krediti növündən asılı olaraq bal tələbləri dəyişir.

 

Belə ki, standart növ təhsil tələbə krediti üzrə minimum bal həddi 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə 30 bal nəzərdə tutulur.

 

"Sosial növ təhsil tələbə kreditində isə bal tələbi yoxdur".

 

Bu barədə Tələbə Təhsil Krediti Fondundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Məlumatda qeyd olunub ki, burada tələbənin və ya valideynin sosial statusu əsas götürülür.

 

Əlavə olaraq, əgər tələbə sosial meyarlara cavab vermirsə, o zaman standart kreditə müraciət etməklə 50 bal (30 bal) tələbinə uyğun gəlməlidir.

 


OXŞAR XƏBƏRLƏR

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...

Daun sindromunun müalicəsində irəliləyiş: Alimlər əlavə 21-ci xromosomu çıxara bildilər

Yapon alimləri tibbdə əsl sıçrayış əldə ediblər. Onlar Daun sindromuna səbəb olan əlavə 21 xromosomu tamamilə çıxara biliblər.   Sfera.az bildirir ki...