Həm futbolçudur, həm də imtahanda 697 bal yığıb

Təhsil
22:00 / 25.07.2025
4794
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən I-IV qruplar üzrə qəbul imtahanına ikinci cəhdin nəticələri açıqlanıb.
Sfera.az-ın məlumatına görə, “Zirə”nin U-17 komandasının üzvü Əbülhəsən Məmmədov da imtahanda yüksək nəticə göstərib.
Onun maksimum nəticəyə cəmi 3 balı çatmayıb. 697 bal toplayan Əbülhəsən Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir.
Qeyd edək ki, Ə.Məmmədov Xətai rayonu 64 nömrəli tam orta məktəbi fərqlənmə atestatları ilə bitirib. Blok imtahanında isə 400 bal toplayıb.
Onu da əlavə edək ki, nəinki peşəkar futbolla, idmanın digər növləri ilə məşğul olan şəxslərin təhsilə zaman ayırmaları tez-tez rast gəlinən nümunə deyil.