Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ

Təhsil
14:41 / 22.07.2025
2040
Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi iyulun 16-da saat 23:59-da başa çatıb.
Hələlik nəticələr ictimaiyyətə təqdim olunmayıb.
Sfera.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, materialların emalı prosesi başa çatdıqdan sonra nəticələr elan olunacaq. Bu səbəbdən də dəqiq tarix və saatı əvvəlcədən demək mümkün deyil.
Qeyd olunub ki, prosesin cari həftənin sonunadək yekunlaşacağı ehtimal edilir.