ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz təhsil alır

ADA Universitetində tələbələrin təxminən 30 faizi ödənişsiz təhsil alır.
Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu universitetin rektoru, professor Hafiz Paşayev bu ilk dəfə adıçəkilən təhsil müəssisəsində açılacaq dövlət sifarişli yerlərlə bağlı keçirilən məlumat sessiyasında çıxışı zamanı deyib.
Rektor xatırladıb ki, universitet gələn il 20 illik yubileyini qeyd edəcək:
“Bu illər ərzində artıq öz ənənələrimiz formalaşıb. İlk vaxtlar Amerika səviyyəsində ali məktəb yaratmaq məqsədi ilə ADA Universiteti açılmışdı. Son ilərdə bəzi yeni universitetlər yarandı və yüksək bal toplayanlar həmin ali təhsil müəssisələrinə yönəldi. Bizdə də tələbələrin təxminən 30 faizi ödənişsiz təhsil alıb. Yeni tədris ilindən dövlət sifarişli 180 yer ayrılıb. Bu da ADA Universitetinə inam və məzunlarımızın keyfiyyətinə güvəndir”.