MİQ imtahanına yekun vuruldu - İlk nəticələr

Təhsil
20:13 / 10.07.2025
6043
3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd dəvət edilib. Ümumilikdə test imtahanı mərhələsi üzrə 82,7% davamiyyət qeydə alınıb.
Bu barədə Sfera.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 10 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 11 iyul saat 12:00-dan etibarən start veriləcək.