40 vəzifəli şəxs işdən çıxarıldı, 100-dən çoxuna töhmət verilib

Təhsil
15:10 / 10.07.2025
6426
Bakı şəhərində uşaq bağçalarına növbədə olan valideynlərin sayı 20 minə yaxındır.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
"Lakin şəhərdə kifayət qədər yer olmadığı üçün bu tələbatı tam şəkildə ödəmək mümkün deyil. Burada əsas məsələ tənzimləmə ilə bağlıdır. Əgər bağçalardakı yerlərin sayı uşaqların sayından azdırsa, o zaman necə çalışsaq da, təxminən 20 min uşaq bağçadan kənarda qalacaq", - nazir qeyd edib.
Nazir onu da qeyd edib ki, 6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.