Sertifikasiyada riyaziyyat fənni üzrə ən yüksək nəticələr bu bölgələrdə olub

Sertifikasiyada riyaziyyat fənni üzrə ən yüksək nəticələr bu bölgələrdə olub
Kateqoriya məlum deyil
T

“Sertifikasiya prosesində riyaziyyat fənni üzrə ən yüksək nəticələr Siyəzən, Sumqayıt, Xaçmaz, Mingəçevir və İsmayıllıdan olub”. 

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

 

O bildirib ki, xarici dil müəllimlərindən 12%-i uğur qazana bilib: “1657 nəfərin əmək müqaviləsinə xitam verilib. Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə yollarımızı ayırmalı olmuşuq”.

 

Nazir əlavə edib ki, riyaziyyat fənnindən sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlərin 44 faizi Beynəlxalq Universitetin məzunlarıdır. O bildirib ki, bu universitetlərin çoxu hazırda ya fəaliyyət göstərmir, ya da müəllim hazırlamırlar: “Zəif nəticə göstərən müəllimlərin bitirdiyi universitetlərə Kirovabad Dövlət Universiteti, Gəncə Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin Şəki filialı daxildir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR