Bu müəllimlər 1350 manat maaş alır – RƏSMİ

Təhsil
14:15 / 17.06.2025
2527
“Biz müəllimlərin sertifikasiyasını aparmaqla həm onların biliyini qiymətləndiririk, həm də rifahını yüksəldirik”.
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyininin (MÜTDA) direktor müavini Vəfa Yaqublu media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, sertifikatlaşdırmada maraqlı tərəflərdən biri də müəllimlərin özüdür:
"Tutaq ki, eyni məktəbdə eyni fənni tədris edən və eyni dərs yükü olan 3 müəllim var və sertifikasiyaya qədər şərti olaraq 1000 manat əməkhaqqı alırdılar. Sertifikasiya imtahanında 50 baldan çox bal yığan müəllim artıq şərti olaraq 1350 manat, 30-50 bal arasında nəticə göstərən müəllim 1100 manat maaş alır".