1.7 milondan çox şagird yay tətilinə çıxır

Təhsil
11:09 / 14.06.2025
1871
İyunun 14-də ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.
Sfera.az xəbər verir ki, 2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur. Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.
Bu il həmçinin 158 539 nəfər IX sinfi, 134 600 nəfər isə birinci sinfi bitirir.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 704 065 nəfər təşkil edib.