108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb - MÜTDA

108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb - MÜTDA
Kateqoriya məlum deyil
T

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

 

Bu barədə Sfera.az-a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, bu günə qədər artıq 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir. -İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə: -Alternativ qeydiyyat mərkəzlərinə -Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə -ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

 

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR