Onlar imtahanda ən yüksək nəticəni göstərdilər


Onlar imtahanda ən yüksək nəticəni göstərdilər

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilmiş qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər məlum olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Fuad Əlikram oğlu Cənnətov göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu Xədicə Xaliq qızı İsmayılzadə göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb.

 

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmət qızı Hümmətli və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu Əli Ruslan oğlu İbrahimov göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.

 

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.


OXŞAR XƏBƏRLƏR

“Azərbaycanın taleyini dəyişən gün: 15 İyunun strateji əhəmiyyəti”- FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli&rdqu...

Fəxri adlara görə aylıq təqaüdün məbləği nə qədər olacaq?

2025-ci il iyulun 1-dən fəxri adlara görə aylıq təqaüdün məbləği artırılır.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iy...

Bu televiziyanın sədri vəzifəsindən azad edildi: 12 il sonra

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Abdulla oğlu Tahirli vəzifəsindən azad edilib...

Suyun qiyməti ilə bağlı əhaliyə VACİB XƏBƏR: 3 manat...

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA - keçmiş "Azərsu") dövlət qurumu olduğu üçün vətəndaşların sosial-maddi vəziyyəti nəzərə alıb...

Dəhşətli təyyarə qəzasından 1 nəfər SAĞ ÇIXIB

Hindistanın qərbində qəzaya uğrayan “Air India”ya məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin sərnişinlərindən biri sağ qalıb.  ...

Əməkdar jurnalist təqaüdü qaldırıldı - RƏSMİ

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bunu...