“Kimya texnologiyası və dayanıqlı inkişafın müasir çağırışları” mövzusunda konfrans keçirildi - FOTO

"Kimya texnologiyası və dayanıqlı inkişafın müasir çağırışları" mövzusunda konfrans keçirildi - FOTO
Kateqoriya məlum deyil
T

Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor Ulyesbek Besterekovun xatirəsinə həsr olunmuş “Kimya texnologiyası və dayanıqlı inkişafın müasir çağırışları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Sfera.az bildirir ki, konfransda Azərbaycan, Qazaxıstan və Özbəkistanın aparıcı alimləri iştirak ediblər. Tədbir iştirakçıları kimya sənayesi, ekologiya və dayanıqlı inkişaf sahələrində aktual elmi məsələləri müzakirə ediblər.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov konfransın mövzusuna toxunaraq onun əhəmiyyətindən danışıb. O, qeyd edib ki, belə konfranslar universitetlər arasında əlaqələrin genişləndirilməsi və birgə elmi layihələrin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.

 

Plenar sessiyada “Mərkəzi Asiyada neft emalı sahəsinin gələcəyi”, “Ağır metalları aşkar etməyə yönəlmiş optik sensorlar”, “Su keyfiyyəti və təmizləmə texnologiyalarındakı innovasiyalar”, “Təbii polimerlər əsasında biosorbentlər” və “Qazma zənginliklərin səmərəli emal üsulları” mövzularında təqdimatlar olub və ətraflı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, konfrans elm və təhsil sahəsi üçün vacib platforma olmaqla yanaşı,  həm də professor U.B. Besterekovun elmi irsinə ehtiram tədbiri kimi böyük əhəmiyyət daşıyır.

 

Konfrans çərçivəsində qonaqlar ADNSU-nun Tarix muzeyi, “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu və həmçinin ADNSU-nun və UFAZ-ın laboratoriyaları ilə tanış olublar. Onlar universitetin maddi-texniki bazasını yüksək qiymətləndiriblər.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR