Lisey və gimnaziyalara qəbulla bağlı daha bir - RƏSMİ AÇIQLAMA

Lisey və gimnaziyalara qəbulla bağlı daha bir - RƏSMİ AÇIQLAMA

Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur. 

 

Bu barədə Sfera.az-a Təhsil İnstitutundan bildirilib.

 

Qeyd olunub ki, bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir:

 

“Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.

 

Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq”.

 

Qeyd edək ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qərarın imtahana sayılı günlər açıqlanması övladı bu prosesə hazırlaşan valideynlərin narazılığına səbəb olub.


OXŞAR XƏBƏRLƏR

Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA – VİDEO

“Məni, Elgünün dayılarını, sinif yoldaşlarını, ətrafında olan hər kəsi dindiriblər”.   Sfera.az xəbər verir ki, bunu Musavat.com-a m...

Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib - VİDEO

Bu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralarını xatırlayıram.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ...

Ermənistanda gərginlik artır, Rusiya niyə narahatdır? - AÇIQLAMA

Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, Ermənistanın Sünik vilayəti  ətrafında gərginlik davam edir. Eyni zamanda, Cənubi Qafqazda xarici ölkələ...

İlham Əliyev:“Biz ağır günlərdə hər zaman bir-birimizin yanındayıq"

“Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir”.   Sfera.az xəbər verir ki, bu söz...

Prezident İlham Əliyev: Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir.   Sfera.az  AZƏRTAC-a istinadən xəbər veri...

Günay: "Oğlum atası ilə görüşmür"

Model Günay Musayeva keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karellə bağlı sualları cavablandırıb.   Sfera.az xəbər veri ki, model bu haqda...