ADNSU-da xarici dil üzrə sınaq imtahanı keçirilib

ADNSU-da xarici dil üzrə sınaq imtahanı keçirilib

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantura səviyyəsində xarici dil (ingilis dili) üzrə sınaq imtahanı keçirilib.


Sfera.az xəbər verir ki, ADNSU-da ilk dəfə ödənişsiz əsaslarla təşkil olunan bu sınaq imtahanında iştirak etmək üçün 215 nəfər qeydiyyatdan keçib.

 

Onlardan 77 nəfəri hazırda magistratura təhsili alan, 138 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilib.


Sınaq imtahanlarında ADNSU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin magistrləri və məzunları iştirak ediblər.

 


OXŞAR XƏBƏRLƏR

Bakıda marketin qarşısında 2 nəfəri “tok” öldürdü – FOTO

  Mayın 27-si Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhə...

Bu şəxslər işləməsə də maaş alacaq - RƏSMİ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “Əmək Məcəlləsində” dəyişikliklər müzakirə olunub və plenar iclasa tövsiyyə olun...

Romada Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirilib

28 may 2025- ci il tarixində Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Romada, Auditorium Conciliazione konsert zalında Azərbaycan Respublikasının İtaliya Re...

Bakıda avtomobil işıq dirəyinə çırpıldı, sürücü öldü

Bakıda avtomobil işıq dirəyinə çırpılıb.   Sfera.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2072 ünvanının qarşısında qeydə ...

Maqnit qasırğası yerə çatdı – Ciddi təhlükə barədə XƏBƏRDARLIQ

Yerdə G3 səviyyəli güclü maqnit qasırğası qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İn...

Bakının bu rayonunda işıq olmayacaq

Bakının Xətai rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə &quo...