DİM sədrindən təhsil ekspertlərinə SƏRT CAVAB - VİDEO

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirib.
Sfera.az xəbər verir ki, sədr maraqlı məlumatlar açıqlayıb və jurnalistlərin suallarını cavablayıb.
Məleykə Abbaszadə Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayını açıqlayıb. O bildirib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60 min 489 plan yeri ayrılıb.
Onun sözlərinə görə, bu il tam orta təhsil bazasında orta ixtisas məktəblərinə 15 min 874 nəfər qəbul olunacağı gözlənilir.
DİM-in İdarə Heyətinin sədri sosial şəbəkələrdə mərkəzin qiymətləndirmə sisteminin şəffalığını müzakirə edənlərə də cavab verib.
Məleykə Abbaszadə DİM-in fəaliyyətini tənqid edən təhsil eskpertlərinə sərt cavab verib.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.