Bu ixtisaslarda qəbul balları ARTACAQ

Bu ixtisaslarda qəbul balları ARTACAQ

Ali məktəblərə qəbul imtahanlarında keçid ballarındakı dəyişikliklər ola bilər.

 

Sfera.az xəbər verir ki, müəyyən ixtisaslarda qəbul balları artacağı gözlənilir.

 

Təhsil eksperti Elçin Əfəndinin açıqlamasına görə, bu il Ali məktəblərə qəbul olmaq istəyənlərin sayı çox olduğuna görə rəqabət daha da güclənəcək. 

 

Ekspert qeyd edib ki, artım gözlənilən ixtisalar bunlardır:

 

"1-ci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram təminatı mühəndisliyi, o cümlədən süni intellekt istiqaməti üzrə ixtisaslar. Həmçinin 2-ci ixtisas qrupunda maliyyə, Beynəlxalq ticarət və Logistika iqtisadiyyat ixtisasları, 3-cü ixtisas qrupunda hüquqşünaslıq, Dövlət və ictimai münasibətlər, erməni, ispan, Koreya, Çin, yapon dili tərcümələri, pararlel olaraq ingilis dili tədrisi ilə xarici dil müəllimliyi.

 

Bundan əlavə, ingiliscə tədris olunan stomatologiya, biotexnologiya, psixologiya ixtisaslarında da artım gözləyirik.

 

5-ci ixtisas qrupunda isə dizayn, təsviri incəsənət, fiziki tərbiyə müəllimliyi - bunlarda azı 3-5 bal, hətta daha çox artım ol bilər. 

 

Bundan başqa, regionşünaslıq, həmçinin rus dili üzrə tərcümə, aqrar yönümlü ixtisaslar, biznesin idarə edilməsi, turizm üzrə ixtisaslar, muzeylə bağlı, din və İslamşünaslıq, bağçılıq-tərəvəzçilik, baytarlıq və ekologiya üzrə qəbul ballarında azalma müşahidə olunacaq. 

 

Həmçinin 4-cü ixtisas qrupunda da azalma ola bilər. Buna səbəb isə Qarabağ Universitetinin plan yerlərinin açılmasıdır. 


OXŞAR XƏBƏRLƏR

Lukaşenko İlham Əliyevi təbrik etdi

Belarus lideri Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir: &nb...

5 il əvvəl kimə desəydin ki… - Hikmət Hacıyev

Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Pre...

Bu dönərxanaların fəaliyyəti dayandırıldı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Şərur və Kəngərli rayonlarında fəaliyyət göstərən 48 dönərxanada dövlə...

Altıağacdakı ayılar ölkədən köçürülüb? - RƏSMİ AÇIQLAMA

Adıçəkilən ayılar hazırda Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzindədir və ölkədən köçürülməyiblər. ...

Türkdilli dövlətlər arasında strateji əməkdaşlıq genişlənir

Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ildə Naxçıvan Sazişi ilə təsis edilmişdir. Təşkilatın əsas məqsədi türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəni...

Misir səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Məhəmməd Nağını ölkəmizdə diplom...