Builki tələbə qəbulu üçün plan yerlərinin sayı…

Builki tələbə qəbulu üçün plan yerlərinin sayı…

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60 min 489 plan yeri ayrılıb.

 

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb:

 

“Plan yerlərinin 28 min 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər.Plan yerləri hər qrupda fərqlidir. Bu il üçün I ixtisas qrupunda 455, II qrupda 388, III qrupda 124, IV qrupda isə 114, ümumiikdə 1 309 yer artım olub".

 

M.Abbaszadə eyni zamanda bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə uyğun olduğunu vurğulayıb:

 

“2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.


OXŞAR XƏBƏRLƏR

PA-nın iyun ayında vətəndaş qəbulu CƏDVƏLİ

Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzində iyun ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az xəbər verir ki, qəbula yazılı...

Avropa Siyasi Birliyinin sammiti Bakıda keçiriləcək

Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının prezid...

Samir Nuriyev Ağdamda iclas keçirdi -Tapşırıqlar verdi

Prezident Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə ...

Qurbanlıq heyvanları bu ÜNVANLARDAN ala bilərsiniz

Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanl...

Sertifikaya imtahanı verəcək müəllimlər sınağa çəkiləcək

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS ...

Ceyhun Bayramov Misir səfiri ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hişam Məhəmməd Nağını ölkəmi...