Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olundu

Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olundu

Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.

 

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət  alan abituriyentlər mayın 22-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə  Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı günün ikinci yarısı aktiv ediləcək.

 

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

 

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.

 

Xatırladaq ki, 2025-ci il mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 4-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

 

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.


OXŞAR XƏBƏRLƏR

"Telegram" 2024-cü ildə 1,4 milyard dollar gəlir əldə etdi

Məşhur mesajlaşma platforması Telegram 2024-cü ildə 1,4 milyard dollar gəlir əldə edib və 540 milyon dollar mənfəət göstərib.   Sfera.az xəbər v...

Azərbaycanın bu şəhərində boşanmalar nikahlardan çox olub - Rəsmi

2025-ci ilin birinci rübünə aid olan məlumata əsasən, Azərbaycanın bəzi rayon və şəhərlərində boşanma sayı nikah sayına yaxın olub. Hətta bir şəhərdə boşanmalar...

"Kosmos Müqaviləsindəki prinsip pozulur"- Çindən ETİRAZ

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ABŞ-ni "Qızıl Qübbə" qlobal raketdən müdafiə sisteminin inkişafı və yerləşdirilməsindən imtina etməyə v...

İlham Əliyev Tələt Məcidovla bağlı Sərəncam imzaladı

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ...

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb - FƏRMAN

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.   ...

"Azərbaycan Macarıstan münasibətləri tərəfdaşlıq səviyyəsindədir" - Şəhla Ağbulud

Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdır. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb....