Qabiliyyət imtahanlarına qeydiyyat başlanır


Qabiliyyət imtahanlarına qeydiyyat başlanır

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır.

 

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq:

 

- təsviri sənət;

- musiqi sənəti;

- idman;

- teatr, kino və xoreoqrafiya sənəti.

 

Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

 

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq.

 

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

 

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək Azərbaycan dili imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar.

 

Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 28-dək DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər. Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların qeyd olunan tarixdən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar. Daha sonra subbakalavrlar 30 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər. Yəni onlar əvvəlcə “Subbakalavrın elektron ərizə”sini təsdiq edib sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.

 

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

 


OXŞAR XƏBƏRLƏR

Arda Gülərin ŞOK MƏBLƏĞƏ aldığı 5 mərtəbəli villa - FOTO

İspaniyanın “Real Madrid” klubunda çıxış edən türkiyəli futbolçu Arda Gülər, həm futbol bacarığı, həm də şəxsi həyatı ilə gündəmdən düşmür. Gənc fut...

16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı

Sabirabadda qətl hadisəsi baş verib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb. ...

Macarıstan Azərbaycan üçün nə qədər önəmlidir? - AÇIQLAMA

Prezident İlham Əliyev Macarıstan-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyib və iki ölkəni dost adlandırıb. Prezidentin sözlərinə görə, gələn ilin əv...

Rəşad Dağlı, Quska və Cahangir Hacıyev əfv oluna bilər?

Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb. Artıq əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatıb. Siyahının yaxın günl...

Hakan Fidan Moskvaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-də Moskvaya rəsmi səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in ...

Bakıda 13 yaşlı qız itkin düşüb

Bakıda yeniyetmə qız itkin düşüb.   Sfera.az xəbər verir ki, mayın 19-da Binəqədi rayonu Biləcəri qəsəbə sakini R.Mehdiyev bu barədə polisə məlumat v...