Məktəblərdə metodist işləmək istəyənlərin nəzərinə!


Məktəblərdə metodist işləmək istəyənlərin nəzərinə!

Təhsil İnstitutu 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün yenidən “Müasir metodist” müsabiqəsi elan edir.

 

Sfera.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

 

Bildirilib ki, ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat) və 2025-ci ilin iyun ayında sertifikasiyadan keçəcək olan fənn müəllimləri (coğrafiya, biologiya, kimya, fizika və informatika) müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

 

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

 

Pedaqoji təhsil;

Ən azı 7 illik pedaqoji təcrübə;

Sertifikasiya balı 51 və 51-dən yuxarı;

İKT bacarıqları;

Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

 

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.

 

Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.

 

Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

 

Qeydiyyat üçün son müraciət tarixi 20 iyun 2025-ci ildir.

 

Qeydiyyatdan keçmək üçün müvafiq keçidə daxil ola bilərsiniz: //docs.google.com/forms/d/1y6xgieLqYedsEc5bAUZOSu9xiE8eUeLhBy_QrzbetoE/viewform?edit_requested=true

 

Qeyd edək ki, öncəki müsahibə nəticələri yaxın günlərdə açıqlanacaq.


OXŞAR XƏBƏRLƏR

Kraliça Mari Antuanettanın bir tutam saçı hərracda fanastik qiymətə alınıb

Kraliça Mari Antuanettanın şüşə altındakı mis medalyonda bir tutam boz saçı 7500 avroya satılıb. Rəvayətə görə, Fransanın son kraliçası 1793-cü ildə gilyotinlə ...

Səhv hamburger sifarişinə görə 1 milyon dollar tələb edir

Hyuston sakini Demeri Ardell Uilson, hamburger bişirmə səhvinə görə Whataburger restoranlar şəbəkəsinə qarşı məhkəmə iddiası qaldıraraq 1 milyon dollara qədər t...

Zelenski Trampla telefon danışıqlarının təfərrüatlarını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında iki telefon danışığı olub.   Sfera.az-ın Şərqi Avropa bürosu xəbər ver...

Təqaüdə çıxmaq niyyətində deyil -FOTO

Əksər kino tənqidçilərinin sonuncu hesab etdiyi “Missiya: Mümkün olmayan” franşizasının səkkizinci hissəsinin buraxılışından sonra Tom Kruz təqaüdə ...

Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı müğənni Nüşabə Musayevadır.   Sfera.az bildirir ki, proqramda o, 15 yaşında ana...

Emin Ağalarov: "Əminə ilə fəxr edirəm"

"Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm".   Sfera.az ...