BANM "Bayraktar"la əməkdaşlıq edəcək - FOTOLAR

Bakı Ali Neft Məktəbi (BANM) ilə "Bayraktar Teknoloji Azərbaycan" MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sfera.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imza mərasimində Memorandumun tələbə təcrübə proqramları və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bayraktar Teknoloji Azərbaycan şirkətinin baş icraçı direktoru Hüseyin Topuz, əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mühüm layihələrin gerçəkləşəcəyini vurğulayıb.
Görüşdə həmçinin Bayraktar Teknoloji Azərbaycan şirkətinin Baş texnologiya direktoru Erdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse və BANM-ın əməkdaşları iştirak ediblər.