Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi – FOTO/VİDEO

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi – FOTO/VİDEO

 

13 may tarixində Dünya İB Məktəbində “Təhsilin Gücləndirilməsi: Süni İntellektin İmkanları” mövzusunda interaktiv sessiya keçirilib.

 

Sfera.az xəbər verir ki, sessiya “Marklab Media” şirkətinin təşkilatçılığı ilə baş tutub.

 

Sessiyada məktəbin müəllim kollektivi və administrativ heyəti iştirak edib.
 

İnteraktiv sessiyanın aparıcısı Gamepons şirkətinin təsisçisi, süni intellekt üzrə ekspert və “deeplearning.ai”nin Azərbaycandakı səfiri Vüsal Kərimli olub.


Sessiyanı giriş sözü ilə açan Vüsal Kərimli təhsilin mövcud problemləri - motivasiya azlığı və müəllimlərin artan yükü ilə bağlı fikirlərini bölüşüb. O, sözügedən problemlərin həlli istiqamətində süni intellektin rolunu geniş şəkildə izah edib. Vüsal Kərimli təhsil mühitində AI texnologiyalarının tətbiqinin labüdlüyünü və bu prosesə pedoqoqların rəhbərlik etməli olduğunu vurğulayıb.

 

Müəllimlər üçün rəqəmsal dəstək: effektivlik və yaradıcılıq

Sessiyada müəllimlər üçün nəzərdə tutulmuş süni intellekt alətləri – o cümlədən ChatGPT və Eduaide.ai – nümayiş etdirilib.
 

İnteraktiv sessiyada müzakirə olunan əsas mövzulardan biri də fərdiləşdirilmiş öyrənmə təcrübəsi olub. Vüsal Kərimli qeyd edib ki, adaptiv platformalar (məsələn, Century Tech və Squirrel AI) şagirdlərin bilik səviyyəsinə uyğun dinamik öyrənmə mühiti yaradır.

 

Oyunlar vasitəsilə öyrənmək

Sessiyanın ən maraqlı hissələrindən biri gamifikasiyanın, yəni oyun elementlərinin  təhsildə rolu ilə bağlı olub. Vüsal Kərimli vurğulayıb ki, AI şagirdlərə “missiya” və “səviyyə” şəklində təqdim olunan öyrənmə yolları quraraq onlarda motivasiyanı artırır.


Gələcəyin sinif otaqları və idarəetmə alətləri
 

İnteraktiv sessiyada AI ilə təchiz edilmiş sinif otaqları, AR/VR texnologiyalarının tətbiqi, eləcə də təhsil müəssisələrinin idarə edilməsində süni intellektin rolu (risklərin proqnozlaşdırılması, resurs planlaması və s.) təqdim olunub.

Sessiyanın sonunda Vüsal Kərimli süni intellektin təhsil sahəsində tətbiq olunmasında etik prinsiplərin əhəmiyyətindən də bəhs edib. O bildirib ki, AI-nin təhsildə tətbiqində məlumat təhlükəsizliyi, önyarğıların qarşısının alınması və müəllimin insani rolunun qorunması prioritet olmalıdır. Vüsal Kərimli texnologiyanın müəllimi əvəz etmədiyini, əksinə, pedoqoqların təsir imkanlarını gücləndirdiyini vurğulayıb.


Gələcək inkişafa aparan yol
 

Sessiya pedaqoqlar üçün həm yeni texnoloji vasitələrlə tanışlıq, həm də bu vasitələrin dərs prosesinə necə inteqrasiya edilə biləcəyi ilə bağlı praktiki biliklərlə zəngin olub.

Qeyd edək ki, Marklab Media və Dünya İB Məktəbi bu cür təşəbbüslərlə təhsildə transformasiyanı dəstəkləməyi və müəllimləri bu yolun əsas liderinə çevirməyi qarşısına məqsəd qoyur.


Texnologiya vasitədir – məqsəd isə daim güclü və şagirdmərkəzli təhsildir.




OXŞAR XƏBƏRLƏR

Mavi Balinadan sonra yeni: “TikTok”da "Ölüm Trendi"

Başda “TikTok” olmaqla gənclər arasında zaman-zaman dəb halına gələn “ölüm meylləri”nə challenge adı ilə yenisi əlavə edilib. Bir müddət...

Müdirin həyat yoldaşının tələbi ilə qadın işdən çıxarıldı - FOTO

Amerikalı Melissa Nelson on ildən çox klinikada diş həkimi köməkçisi işləyib. Əla reputasiyaya və heç bir şikayət edilməməsinə baxmayaraq, stomatoloji klinikada...

Döyülərək öldürülən Elgünün imtahan nəticələri açıqlandı - FOTO

Gəncədə döyülərək öldürülən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb.   Sfera.az xəb...

Təmir zamanı köhnə bankalardan 62 min dollardan çox pul tapıb - FOTO

Şanslı bir mülk sahibi tərk edilmiş bir evin divarlarında gizlədilmiş köhnə kakao tozu qablarında 47,000 funt sterlinqdən (62,000 dollara bərabər) çox pul tapıb...

Məhkəmə davam edir: Castin Bieber illərin sükutunu pozdu

Nyu Yorkda musiqi maqnatı Sean "Diddi" Kombsun məhkəməsi davam edərkən, sükutu nəhayət reperin ən məşhur qurbanlarından biri Castin Biber pozub. ...

“Elgünü qətlə yetirən cinayətkarlara layiq olduqları cəzanı verəcəklər” -Deputat

Xəbər verdiyimiz kimi, Gəncə şəhər 34 saylı məktəbin 11-ci sinif şagirdi Elgün İbrahimov xüsusi amansızlıqla qətlə yetirilib.    2 gün əvvəl qət...