Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək


Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək. Bu il qəbul imtahanları respublikanın 24 şəhər və rayonunda təşkil olunacaq. Həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçiriləcək. 

 

Bu barədəSfera.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.

 

İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.

 

Xatırladaq ki, DİM 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Tiranada Paşinyan ilə qeyri-rəsmi görüşü olub - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış məras...

"Ölkəmizin iqtisadiyyatı və ekologiyasına nə qədər ziyan vurduğumuzu görəcəyik" - Zahid Oruc

"İstiliktəchizat qurumunun durumu bizi narahat etməlidir".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında...

Bu şəxslər 1500 manat cərimə olunacaq

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar...

Qanunsuz abort edənlərə bu cəza veriləcək - RƏSMİ

Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək.   Sfera.az xəbər verir ki, bu, Milli Məclis...

Qanunsuz süni mayalanma etdirənlərin cəzası sərtləşdirilir

Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclis...

Bank kartlarının talanmasına görə istintaq təxirəsalınmadan aparılacaq

Əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkəti təxirəsalınmadan aparılacaq.   Sfera.az xəbər verir...