Sertifikasiya imtahanının vaxtı bəlli oldu

Kateqoriya məlum deyil
T
Müəllimlərin sertifikasiya imtahanı 18-25 iyunda keçiriləcək.
Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
“2025-ci il üzrə ilkin və təkrar sertifikatlaşdırma prosesinin təşkil olunması 18-25 iyun tarixlərində nəzərdə tutulur. Sabah gün sonuna qədər müəllimlərin şəxsi kabinetlərinə sertifikatlaşdırmanın keçiriləcəyi vaxt və məkanla bağlı məlumatın göndərilməsi planlaşdırılır”, - o, bildirib.
Firuzə Əliyeva
Sfera.az






