Müəllimlərin repetitorluğu ləğv olunur?


Müəllimlərin repetitorluğu ləğv olunur?

Millət vəkili Vüqar Bayramov əməkhaqlarının artırılması ilə bağlı çıxışı zamanı təhsil sektorunda əməkhaqlarının artırılmasını məqsədəuyğun hesab edib.

 

Maraqlıdır, təhsil işçilərinin əməkhaqları artırılarsa, müəllimlərin repetitorluq "sevdası" tarixə qovuşacaq?

 

Mövzuyla bağlı Bizim.Media-ya açıqlama verən təhsil-eksperti Elşən Qafarov deputatın təklifi ilə razılaşıb. Onun sözlərinə görə müəllimlərin maaşı artırılsa da, bu repetitorluğun qarşısını almayacaq:

 

"Çünki repetitorluğu yaradan səbəblər var və bu səbəblər aradan qalxmasa repetitorluğu ləğv etmək mümkün olmayacaq. İlk növbədə ölkədə repetitorluğu yaradan əsas səbəblərdən biri DİM-in qrup imtahanıdır. 

 

Yəni biz təklif edirik ki, bu imtahanlar ixtisaslar üzrə olsun. Testləri hazrlayan qurum olmalıdır. Hələ də o fikirdəyik ki, Prezident Administrasiyası və yaxud Nazirlər Kabineti yanında Testologiya institutu yaradılsın. Bu institut testləri özü hazırlasın. DİM isə imtahanları keçirən texniki quruma çevirilsin. Bu da repetitorluğun qarşısını alsın", - deyə ekspert bildirib.

 

Elşən Qafarov ali məktəbə qəbul qaydalarında da boşluq olduğu qənaətindədir:

 

"Yalnız 3 fəndən buraxılış və blok imtahanları mövcuddur. Burda da ciddi dəyişikliklər etmək lazımdır. Əsasən isə ümumitəhsil məktəbinin nəticələrinə görə ali məktəblərə qəbul təyin olunmalıdır. Bu məsələlərdə kompleks tədbirlər görüldükdən sonra repetitorluq minimuma düşəcək. Repetitorluq kölgə təhsilidir. Bu gün dövlətlər çalışır ki, kölgə təhsilini minium səviyyədə salsın. Amma, biz görürük ki, Azərbaycan digər ölkələrə nisbətən kölgə təhsilində öndədir.


OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...