300 bal toplayanların sayı niyə kəskin artdı? DİM izah etsin!

300 bal toplayanların sayı niyə kəskin artdı? DİM izah etsin!
Kateqoriya məlum deyil
T

Son illərdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında (tam orta təhsil səviyyəsi üzrə) maksimum 300 bal toplayan abituriyentlərin sayında ciddi dəyişiklik müşahidə olunub.

 

Sfera.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşım edib.

 

Ekspert bildirib ki, yeni imtahan modelinə keçiddən sonra 2019-2022-ci illər arasında maksimum nəticə göstərənlərin sayı çox aşağı olub:

 

"Bu dövrdə cəmi 13 nəfər 300 bal toplamağa nail olub. Hər il orta hesabla 2-5 nəfər bu nəticəni göstərib. Bu illər pandemiya şəraiti və test mexanizmlərindəki dəyişikliklərlə yadda qalıb. Ən maraqlı məqam isə 2023-cü ildə heç bir abituriyentin maksimum nəticə göstərə bilməməsidir".

 

Kamran Əsədovun fikrincə, bu, ya sualların çətinliyi, ya da qiymətləndirmə meyarlarının sərtləşməsi ilə bağlı ola bilər:

 

"Lakin 2024 və 2025-ci illərdə vəziyyət köklü şəkildə dəyişib. İki il ərzində ümumilikdə 98 nəfər 300 bal toplayıb – 2024-cü ildə 55 nəfər, 2025-ci ildə isə 43 nəfər”.

 

Ekspert bu kəskin artımı aşağıdakı səbəblərlə izah edib:

 

- Testlərin sadələşdirilməsi və ya süni bal artımı;

 

- Tədris proqramına uyğunluğun yüksəlməsi;

 

- Qiymətləndirmə meyarlarında yumşalma;

 

- Repetitor hazırlığının və test strategiyalarının effektivliyinin artması.

 

K.Əsədov əlavə edib ki, bu qədər sürətli dəyişiklik imtahanların obyektivliyi və şəffaflığı ilə bağlı suallar doğurur:

 

"Əgər bir il öncə heç kim maksimum nəticə göstərə bilmirdisə, sonrakı il bu rəqəmin 55-ə çatması ciddi izah tələb edir.

 

- DİM bu dəyişikliklərin səbəblərini ictimaiyyətə izah etməlidir;

 

- Bu cür fərqlər imtahanların etibarlılığına olan inamı zəiflədə bilər;

 

- 2026-cı ildə göstəricilərin necə dəyişəcəyi diqqətlə izlənməlidir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR