ADNSU ilə agentliyin əməkdaşlığı genişlənir - FOTOLAR

ADNSU ilə agentliyin əməkdaşlığı genişlənir - FOTOLAR

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 


Sfera.az xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqlara universitetin tədris prosesi, ixtisaslar, laboratoriyalar, elmi tədqiqat hədəfləri, həmçinin innovasiya və rəqəmsal inkişaf sahəsindəki təşəbbüsləri barədə məlumat verib.

 

Rəqəmsal həllərin sənayenin müxtəlif sahələrinə tətbiqinin aktuallığını qeyd edən rektor, eyni zamanda kibertəhlükəsizlik və texnoloji layihələrinin icrasının, bu istiqamətdə əməkdaşlığın faydalı olcağına əminliyini bildirib. 


Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən İRİA İdarə Heyətinin sədri Fərid Osmanov  ali təhsil müəssisələri, o cümlədən ADNSU ilə əməkdaşlığın önəmini qeyd edib. O, mövcud rəqəmsal inkişaf konsepsiyası çərçivəsində mövcud layihələrin icrasında, təhsil və digər infrastruktur sahələrində birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 


Sonda qonaqlar ADNSU və UFAZ-ın laboratoriyaları, o cümlədən HPC və  Lazer Mərkəzi, Rəqəmsal energetika laboratosiyası və kompüter otaqları ilə tanış olaraq universitetin maddi-texniki bazasının yüksək olduğunu bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR