DİM sürücüləri imtahan edib

DİM sürücüləri imtahan edib

Bu gün taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün növbəti test imtahanı keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

Bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1 470 namizəd qeydiyyatdan keçib. Onlardan  1 407 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 210 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

 

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 44 namizəd iştirak edib və 34 nəfər müvəffəqiyyət qazanıb.

 

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 33 namizəd iştirak edib və 24 nəfər müvəffəqiyyət qazanıb.


OXŞAR XƏBƏRLƏR

Sim nömrə istifadəçiləri ayda 30 manat ödəyəcək? - Ekspertin şərhi

Mobil rabitə operatoru olan "Azercell" şirkətinin yeni tarif siyasəti istifadəçilər arasında narazılıqlar yaradıb. İstifadəçilərin şərhlərindən belə a...

Çimərliyə getmək risklidir? - Nazirlikdən AÇIQLAMA

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümünün başlanması ə...

AZAL Təbrizə birbaşa reys açır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlay...

“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi

Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib.     Sfera.az...

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.   Sfera.az xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haq...

Bu gün bürcləri nə gözləyir? - ULDUZ FALI

Bu gün səmada olan planetar düzülüşlər bizi daxili balans, şəxsi təşəbbüs və emosional dərinliklərlə qarşılaşdırır. Bəzi bürclər üçün bu, yeni başlanğıclar üçün...