Abituriyentlərin NƏZƏRİNƏ! Qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Abituriyentlərin NƏZƏRİNƏ! Qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək.


Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.
 

I ixtisas qrupu üzrə həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər.

 

Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.
 

Qeyd edək ki, I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2025-ci il aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Güclü külək Bakıda 16 ağacı aşırdı

Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.   Sfera.az xəbər...

Azərbaycanda vəfat edən tələbələrin sayı AÇIQLANDI

Ötən tədris ilində Azərbaycanda 76 tələbə vəfat edib.   Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və...

Sim nömrə istifadəçiləri ayda 30 manat ödəyəcək? - Ekspertin şərhi

Mobil rabitə operatoru olan "Azercell" şirkətinin yeni tarif siyasəti istifadəçilər arasında narazılıqlar yaradıb. İstifadəçilərin şərhlərindən belə a...

Çimərliyə getmək risklidir? - Nazirlikdən AÇIQLAMA

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümünün başlanması ə...

AZAL Təbrizə birbaşa reys açır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlay...

“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi

Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib.     Sfera.az...