Ötən il işdən azad edilən məktəb direktorlarının sayı açıqlanıb

Ötən il işdən azad edilən məktəb direktorlarının sayı açıqlanıb

Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

 

MÜTDA bldirib ki, Agentlik tərəfindən tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.

 

"Bildiririk ki, 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.


Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

 

Bildiririk ki, cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək", - deyə məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...

Güclü külək Bakıda 16 ağacı aşırdı

Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.   Sfera.az xəbər...

Azərbaycanda vəfat edən tələbələrin sayı AÇIQLANDI

Ötən tədris ilində Azərbaycanda 76 tələbə vəfat edib.   Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və...

Sim nömrə istifadəçiləri ayda 30 manat ödəyəcək? - Ekspertin şərhi

Mobil rabitə operatoru olan "Azercell" şirkətinin yeni tarif siyasəti istifadəçilər arasında narazılıqlar yaradıb. İstifadəçilərin şərhlərindən belə a...

Çimərliyə getmək risklidir? - Nazirlikdən AÇIQLAMA

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümünün başlanması ə...

AZAL Təbrizə birbaşa reys açır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlay...