DİM buraxılış imtahanında səhvə yol verib? - RƏSMİ AÇIQLAMA

DİM buraxılış imtahanında səhvə yol verib? - RƏSMİ AÇIQLAMA

Aprelin 13-də keçirilmiş 9-cu sinif buraxılış imtahanı ilə bağlı bir sıra iddialar var.

 

Belə ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, dinləmə mətni əsasında ümumilikdə 4 test tapşırığı cavablandırılması nəzərdə tutulsa da, imtahan zamanı mətni iki dəfə dinlətdikdən sonra nəzarətçi tərəfindən elan olunub ki, şagirdlər dinləməyə əsasən 6 suala cavab verməlidirlər. Beləliklə, şagirdlərdə çaşqınlıq yaranıb. Bu da psixoloji stress, diqqət itkisi və nəticədə ümumi cavab keyfiyyətinin aşağı düşməsi ilə nəticələnib.

 

Bəs bu iddiaların doğruluq payı varmı? Ümumiyyətlə, bu barədə şikayət daxil olubmu?

 

Məsələ ilə bağlı Sfera.az Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxlayıb. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, bu məsələ yerində həll olunub:

 

“Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənni üzrə 4 tapşırıq dinləyib-anlama bacarıqlarının yoxlanılmasına aiddir. Bu imtahandan öncə şagirdlərə verilən yaddaş kitabçasında, həmçinin imtahan zamanı sual kitabçalarının üzərində olan qısa təlimatda da göstərilib. Sadəcə mətnlə bağlı təlimat səsləndirilərkən “4” əvəzinə “6” deyilib. Bu yerində həll oluna bilən texniki məsələdir və imtahanın məzmununa heç bir təsir göstərmir. İmtahan başlamadan öncə bütün imtahan rəhbərlərinə və nəzarətçilərə bununla bağlı məlumat verilib və əvvəlcədən şagirdlərin də diqqətinə çatdırılıb. Yəni məsələ yerində həll olunub, ona görə də bununla bağlı DİM-ə heç bir müraciət də daxil olmayıb”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Çimərliyə getmək risklidir? - Nazirlikdən AÇIQLAMA

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümünün başlanması ə...

AZAL Təbrizə birbaşa reys açır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlay...

“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi

Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib.     Sfera.az...

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.   Sfera.az xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haq...

Bu gün bürcləri nə gözləyir? - ULDUZ FALI

Bu gün səmada olan planetar düzülüşlər bizi daxili balans, şəxsi təşəbbüs və emosional dərinliklərlə qarşılaşdırır. Bəzi bürclər üçün bu, yeni başlanğıclar üçün...

DİN-dən kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ: “Dərhal blok edin!"

İyunun 2-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 3000, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 doll...