Magistraturaya qəbulun II cəhdi üçün qeydiyyat bu gün başa çatır

Magistraturaya qəbulun II cəhdi üçün qeydiyyat bu gün başa çatır
Kateqoriya məlum deyil
T

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-da başa çatır.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

Məlumata əsasən 17 min 4 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 15 min 760-ü Azərbaycan bölməsi, 1 244-ü isə rus bölməsidir.

 

Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.

 

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

 

Qeyd edək ki, imtahan mayın 11-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR