300 bal yığacağımı heç kəsə deməmişdim - Məktəbli qız


300 bal yığacağımı heç kəsə deməmişdim - Məktəbli qız

"Maksimal bal yığacağımı gözləyirdim, çünki imtahandan evə gəlib meyarlarla yoxladım, bütün cavablarım düzgün idi, amma 300-ü gözlədiyimi heç kəsə deməmişdim".

 

Sfera.az xəbər verir ki, bunu modern.az-a 11-cilərin buraxılış imtahanında maksimal nəticə əldə edən Bakıdakı 295 nömrəli tam orta məktəbin şagirdi Tovuz Seyidova deyib.

 

Onun sözlərinə görə, imtahana hazırlaşarkən ən vacib məqam davamlı olaraq oxumaqdır:

 

"Necə deyərlər, hər gün məqsədim dünənki məndən daha yaxşı olmaq, daha çox şey öyrənməkdir. 1-ci sinifdən 11-ci sinfə kimi bütün dərslərimə həmişə məsuliyyətli, ciddi yanaşmışam. Bu yolda mənə müəllimlərimin də çox köməyi dəyib. Kompüter sahələri ilə uşaqlıqdan maraqlanıram. İnşallah, bu sahədə özümü inkişaf etdirmək istəyirəm".

 

"Gələcək abituryentlərə məsləhətim çox çalışmaq, özlərini daim inkişaf elətdirmək, düzgün hədəf seçməklə bağlıdır. Uğurun sirr budur. Hədəfiniz varsa, onun uğrunda çalışırsınızsa, mütləq qarşılığını alacaqsınız" - T.Seyidova əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci mərhələsinin konstruktiv şəraitdə keçdiyini bildirib....

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Ze...

Ceyhun Bayramov rəsmi səfərə yollandı

Xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. &...

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.   Sfera.az bildirir ki, Elektron Təhlükəsi...

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...