Bu gün 33 315 nəfər imtahan verdi


Bu gün 33 315 nəfər imtahan verdi

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 6-da əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.

 

DİM-dən Sfera.az-a bildirilib ki, 33 min 315 nəfərin iştirakı nəzərdə tutulan imtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Ağstafa, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz və Naxçıvan MR-də təşkil olunub.

 

İmtahanın idarə olunması üçün 141 ümumi imtahan rəhbəri, 400 imtahan rəhbəri, 3172 nəzarətçi, 418 buraxılış rejimi əməkdaşı və 141 bina nümayəndəsi ayrılıb.

 

İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

 

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

 

Aprelin 7-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın beş həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

 

İstifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə tanış ola bilərlər.

 

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahını (pdf formasında) əldə edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Ze...

Ceyhun Bayramov rəsmi səfərə yollandı

Xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. &...

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.   Sfera.az bildirir ki, Elektron Təhlükəsi...

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...

Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı

Bakının Nəsimi rayonunda, keçmiş “Nəsimi bazarı”nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır.   Bu...