Sertifikasiyadan kəsilən müəllim işinə bərpa edilmədi - Məhkəmə qərarı

İlkin və təkrar sertifikasiyada uğur qazana bilməyən müəllimin tələbini məhkəmə rədd edib.
Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqaviləsinə xitam verilən, Laçın rayon 9 nömrəli tam orta məktəbinin keçmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Qədirova Şəlalə Kərim qızı imtahanın nəticələri ilə razılaşmayaraq məhkəməyə müraciət edib.
O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “31 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanının və 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.
Məhkəmənin qətnaməsi ilə onun iddiası təmin olunmayıb.
Firuzə Əliyeva