Birinci sinfə müraciət qəbulunun müddəti uzadıldı


Birinci sinfə müraciət qəbulunun müddəti uzadıldı

Bakı və Sumqayıtda birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı müraciətlərin qəbulu aprelin 1-dək uzadılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

 

Bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

 

Bununla yanaşı daimi qeydiyyatı olmayan valideynlər prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.

 

Məlumatda qeyd olunub ki, vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər:

 

"Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı ASAN Xidmət mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər".


OXŞAR XƏBƏRLƏR

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq...

Pula daha çox meyilli BÜRCLƏR

Son astroloji araşdırmalar və ekspert rəyləri göstərir ki, bəzi bürclər maliyyə uğuruna daha çox meyillidir. Xüsusilə Toro (Buğda bürcü), Oğlaq və Əqrəb kimi bü...

Bu tarixdə dünyanın sonu gələcək - XƏBƏRDARLIQ

NASA və Toho Universitetinin (Yaponiya) tədqiqatçıları oksigen çatışmazlığı səbəbindən Yer kürəsində dünyanın sonunun gələcəyini proqnozlaşdırıblar.  &n...

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

Müğənni Talıb Talenin ailəsində ağır itki üz verib.   Sfera.az-ın məlumatına görə, ifaçının əmisi vəfat edib. Bu barədə "Qonaqcanlı" v...

Havanın qəfil dəyişməsi insanlara necə təsir edəcək? - Həkimdən AÇIQLAMA

Bakıda havanın temperaturu 30 dərəcəyə çatıb, bir neçə gün əvvələ qədər isə havanın temperaturu sıfır dərəcədən aşağı idi. Bu cür ani dəyişikliklər iqlim dəyişk...

Bayramov Fələstinin səfirini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib...