Övladları I sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ: Son 3 gün!

Övladları I sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ: Son 3 gün!

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, xəbərdarlıqda bildirilib ki, birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 14 mart saat 18:00 tarixində yekunlaşır.

Vətəndaşlar bu müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub 14 mart saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.

 

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.
 

Qeyd edək ki, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Ağadadaş Ağayev həbs edilib? - VİDEO

Xəbər verdiyimiz kimi, xalq artisti Ağadadaş Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib.   Sfera.az xəbər verir ki, A.Ağayev məhkəmədən...

Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir – XƏBƏRDARLIQ

Bir saatlıq qəlyan istifadəsi 100-dən çox siqaret çəkmək qədər zərərli ola bilər. Sfera.az xəbər verir ki, həkim Suraj Kukadia qəlyanın siqaretdən dah...

Yeni nazir icra başçısının yerinə təyinat etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib.    Sfera.az Qaynarinfo...

Bakıda tikiş fabrikinin fəaliyyəti dayandırıldı

“Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyəti dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazir...

Zahidə Günəş 200 minlik avtomobil aldı

Müğənni Zahidə Günəşin özünə yeni aldığı avtomobilin qiyməti sosial şəbəkələrdə müzakirə yaradıb. Sfera.az xəbər verir ki, “Rəngarəng” ver...

“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi şəhid anası və xanımına iftar məclisi təşkil etdi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayında bir qrup ...